“Azəriqaz” İB-nin sayca 166-cı “Açıq mikrofon” aksiyası keçirilir. Bunların 42-si sahibkarlarla görüş olub. “Azəriqaz” səlahiyyətləri çərçivəsində sahibkarlığın inkişafı üçün lazımi dəstəyi göstərir və bundan sonra da göstərəcək.
İB-dən "İki sahil"ə verilən məlumata görə, bunu qurumun baş direktorunun satış üzrə müavini Rəşad Cavadov paytaxtın Zirə qəsəbəsində baş tutan səyyar qəbul otağında sahibkarlarla görüşü zamanı bildirib. O, həmçinin qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd sahibkarların üzləşdiyi problemlərin həlli və sahibkarlığın inkişafını daim diqqətdə saxlamaqdır.
Aksiyada çıxış edən KOBİA-nın şöbə müdiri Nicat Əlizadə bütün bölgələrdə olduğu kimi Zirə qəsəbəsində də sahibkarların müraciətlərini dinləməyə və gələcəkdə hər hansı bir problemlə üzləşməmələri üçün məsləhətlər verməyə hazır olduqlarını qeyd edib.
“Açıq mikrofon” aksiyasına qatılan 10-dan çox sahibkar müraciətini səsləndirib. Sahibkarlardan biri ona məxsus obyektin sayğacının nasaz olduğunu və bu səbəbdən sayğacın üzərindəki göstəricilərdən razı qalmadığını bildirib. Digər sahibkarların müraciəti isə debitor borcun hissə-hissə ödənilməsi ilə bağlı olub.
Aksiyada səsləndirilən bəzi problemlərin baxılmasına qərar verilib.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib