09 oktyabr 2022 18:13
558

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı adını qazanıb

Albaniyanın paytaxtı Tiranada keçirilən 21 yaşadək taekvondoçular arasında Avropa çempionatının ən yaxşı hakiminin adı açıqlanıb.

"İki sahil" xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev bu ada layiq görülüb.

O, Avropa Taekvondo Birliyinin xüsusi hədiyyəsi ilə mükafatlandırılıb.