Naxçıvanda 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında son turun görüşləri keçirilib.
“İki sahil” xəbər verir ki, bu gün oyunları Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, federasiyanın vitse-prezidenti və Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, FIDE-nin sabiq prezidenti Kirsan İlyumjinov, Qırğızıstan Şahmat Federasiyasının prezidenti Babur Tolbayev və digər rəsmi şəxslər izləyiblər.