"Son 4-5 ildə yaranan quraqlıq mövcud su ehtiyatlarının azalmasına, ekoloji fəlakətə səbəb olub".
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov deyib.
O bildirib ki, Azərbaycanda torpaq fondunun 55%-i kənd təsərrüfatına yararlı torpaqlardır və böyük hissəsinin suvarmaya ehtiyacı var. Yaranmış vəziyyət kənd təsərrüfatı istehsalının azalmasına da səbəb olub.
Nazir müavini əlavə edib ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, mövcud torpaq və su resurslarından səmərəli istifadə qarşıda duran əsas vəzifədir: "Prezident İlham Əliyevin Sərəncamı ilə Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün komissiya yaradılıb və aidiyyatı dövlət qurumlarının iştirakı ilə bu məsələlər müzakirə edilir".
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər