"Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulun (ÜDM) artım proqnozunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə reytinq agentliyinin "Europe Monthly Outlook Presentation" hesabatının sentyabr sayında bildirilib.
Hesabata əsasən, "Fitch Solutions" real ÜDM-in artım proqnozunu dəyişməyərək 5,12% müəyyən edib. Agentlik real ÜDM-in artımı ilə bağlı "Bloomberg Consensus"la birgə proqnozunu isə avqust ayındakı 3,85%-dən 4,2%-ə kimi artırıb.
"Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7,8% olaraq saxlayıb. Agentliyin "Bloomberg Consensus"la birgə proqnozuna görə, orta inflyasiya bu ilin sonuna kimi 10,45% təşkil edəcək.
"Fitch Solutions" USD/AZN məzənnəsi ilə bağlı proqnozunu isə bu ilin sonuna kimi 1,70 AZN olaraq müəyyən edib.
İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” platforması vasitəsilə də təqdim olunur
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər