Oktyabrın 14-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Birliyin Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, 2022-ci ilin 9 ayı ərzində Qəza Çağrı Xidmətinə ötən ilin analoji dövrü ilə müqayisədə 67 562 az müraciət daxil olub. 2021-ci ildə müraciətlərin sayı 795 273-ə çatmışdı. Şöbə rəisi daxil olan müraciətlərin müxtəlif istiqamətlərdə olduğunu vurğulayıb.
Eldəniz Vəliyev qeyd edib ki, bu ildən mənzil-tikinti kooperativlərinin 40 minə yaxın abonentinə yeni sayğaclar quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş ödəniş sisteminin tətbiqi ilə daxil olan müraciətlərin sayında azalmaya səbəb olacaq”: «Bu cür smart sayğacların tətbiqi nəticəsində abonentlərlə Birlik arasında yaranan bəzi narazılıq və mübahisələr nəzərəçarpacaq dərəcədə azalacaq.»
Tədbirdə çıxış edən «Azəriqaz» İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev elektron sənəd dövriyyəsi barədə danışıb. Bildirib ki, cari ilin 9 ayı ərzində qeyd edilən proqram vasitəsilə 6251 müraciət daxil olub: « Məhz elektron sənəd dövriyyəsi ilə daxil olan müraciətlərə çevik və operativ baxmaq mümkündür»
Elçin Zaman, "İki sahil"
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib