15 oktyabr 2022 16:34
766

İstanbul-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəbdən hava limanına geri qayıdıb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “J2-076” nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) hava limanına geri qayıtmaq qərarına gəlib.

AZAL-dan "İki sahil"ə verilən məlumata görə, təyyarə yerli vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.