17 oktyabr 2022 10:20
472

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,35% artaraq, 1 654,6 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil"ə birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,43% artaraq, 18,33 dollar təşkil edib.