Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 251 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 4,8% çoxdur.
"İki sahil"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi hesabat dövründə 19 578,3 mln. kVt-saat təşkil edib (+4,5%).
Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 18 120,2 mln. kVt-saat istilik (+2,8%), 1 375,9 mln. kVt-saat su elektrik (+38%) stansiyaların payına düşüb.
Qeyd edək ki, ölkədə istehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib