17 oktyabr 2022 13:21
482

Azərbaycanda mobil operatorların gəlirləri 5,5% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 1 mlrd. 964,3 mln. manat təşkil edib.

"İki sahil" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 265 mln. manat və ya 15,5% artıb.

Xidmətlərdən əldə edilən gəlirin 39,0%-i və ya 765,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur.