17 oktyabr 2022 14:12
466

Doqquz ayda dövlət büdcəsindən 20 milyard manatdan çox vəsait xərclənib

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 22 mlrd. 401,5 mln. manat vəsait daxil olub.

"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə büdcədən 20 mlrd. 470,7 mln. manat vəsait xərclənib.

Büdcənin icrasında 1930,8 mln. manatlıq profisit yaranıb.