17 oktyabr 2022 16:45
536

Səudiyyə Ərəbistanı ilə CAR arasında 15 milyard dollarlıq sazişlər imzalanıb

Səudiyyə Ərəbistanı ilə Cənubi Afrika Respublikası (CAR) hökumətləri arasında ümumilikdə 15 milyard dollar məbləğində sazişlər və memorandumlar paketi imzalanıb.

“İki sahil” xəbər verir ki, sənədlər bu gün CAR prezidenti Siril Ramafosanın Ər-Riyada səfəri çərçivəsində imzalanıb.

Qeyd olunur ki, sazişlər dağ-mədən sənayesi, enerji, turizm, logistika, kənd təsərrüfatı kimi sahələri əhatə edir.

CAR prezidenti bildirib ki, Səudiyyə Ərəbistanı hökuməti "ACWA Power" şirkəti vasitəsilə ölkəyə 1 milyard dollardan çox investisiya qoyub.