Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"İki sahil" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 29,3 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (13 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 32,3% və ya 14 mln. ABŞ dolları azalıb.
Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 43,3 mln. ABŞ dolları təşkil etmişdi.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO