18 oktyabr 2022 16:11
624

Hacıqabulda idmançılarla görüş - FOTO

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov yeni istifadəyə verilmiş, Hacıqabul rayonunun Birinci və İkinci Qarabağ müharibəsi Şəhidlərinin Xatirəsinə açılmış idman zalında bir qrup gənc idmançılara görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Elnur Əmirəslanov, Hacıqabul rayon Gənclər İdman və İdarəsinin rəisi Xalid Rəcəbli, Rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov və digərləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın idmana göstərdiyi diqqət və qayğıdan danışaraq ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu, son illər Azərbaycanın bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməklə yanaşı, həmin tədbirləri ən yüksək səviyyədə təşkil edən ölkələrdən birinə çevrildiyini bildirib.

Görüşdə gənclərin idmana marağının artırılması, bu amilin gənclərdə vətənpərvərlik hissinin formalaşmasına təsiri və onların zərərli vərdişlərdən uzaq olmasında rolu barədə də fikir mübadiləsi aparılıb.

Hacıqabul rayon idman ictimaiyyətinin öz fəallığı ilə seçilməsindən məmnunluğunu bildirən R.Xəlilov onları maraqlandıran mövzular üzrə ətraflı fikir mübadiləsi aparıb, idmançıların uğurları ilə tanışlıqdan çox məmnun olduğunu bildirib, onlara yeni uğurlar arzulayıb.

Görüşün sonunda icra başçısı gənc idmançılarla xatirə şəkilləri çəkdirib.