06 avqust 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı və Kürdəmir rayon Mərkəzi Kitabxanasıının birgə təşkilatçılığı ilə “9 Avqust- Kitabsevərlər Günü: Oxuyan gənclik, güclü Azərbaycan” mövzusunda maarifləndirici tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, çıxış edərək bildirib ki, 9 Avqust – Kitabsevərlər Günü cəmiyyətimizdə kitabın, biliyin və maarifçiliyin əhəmiyyətini bir daha xatırladan, xüsusilə gənc nəslin mütaliəyə marağının artırılmasına xidmət edən əlamətdar günlərdən biridir. Kitab yalnız bilik mənbəyi deyil, həm də milli kimliyi, mənəviyyatı və vətəndaş məsuliyyətini formalaşdıran ən mühüm vasitələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycanda elmə, təhsilə və gənclərin hərtərəfli inkişafına xüsusi diqqət yetirilmiş, milli dövlətçilik ideyalarına sadiq, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi əsas vəzifələrdən biri olmuşdur. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni məktəblərin, kitabxanaların və təhsil müəssisələrinin tikilməsi, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakına yaradılan şərait dövlətimizin elmə və biliyə verdiyi yüksək dəyərin göstəricisidir.
Kürdəmir rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Əhsən Qaybalıyev, Mərkəzləşdirilimiş Kitabxana Sisteminin Uşaq şöbəsinin müdiri Xatirə Soltanova çıxışlarında bildiriblər ki, Kitabsevərlər Gününün qeyd olunması cəmiyyətimizdə oxu mədəniyyətinin inkişafına yeni töhfələr verir. Bu gün hər birimiz kitabı həyatımızın ayrılmaz hissəsinə çevirməli, gənclər arasında mütaliə vərdişlərinin formalaşdırılmasına dəstək göstərməli, kitabxanalardan daha səmərəli istifadə etməli və milli-mənəvi irsimizi gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycan xalqı tarix boyu elmə, təhsilə və kitaba böyük hörmətlə yanaşmışdır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlərimizin zəngin irsi bu gün də xalqımızın mənəvi sərvəti olmaqla yanaşı, gənclərin dünyagörüşünün formalaşmasına xidmət edir. Məhz bu irs göstərir ki, xalqın tərəqqisinin əsas yolu bilikdən və maarifdən keçir.
Sonda tədbir iştirakçılar təşkil edilmiş kitab sərgisi ilə tanış olmuşlar.
Həsən Əliyev və Rövşən Əliyev küçələrinin bəzi hissələrində hərəkət məhdudlaşdırılacaq