09 oktyabr 2026 21:19
144

Şəkidə avtoqəza olub, sürücü ölüb

Şəkidə avtomobil ağaca çırpılıb, sürücü ölüb.

Hadisə Şəki-Qax yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Report"