18 oktyabr 2022 16:16
502

Ölkədə elektron avadanlıqların idxalına çəkilən xərc 3%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyard 89 milyon 552.42 min manat dəyərində maşın, mexanizm və elektrik aparatları, avadanlıqları idxal edilib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,5% çoxdur. Ötən ilin eyni dövründə bu rəqəm 2 milyard 37 milyon 861.23 min manat təşkil etmişdi.

Qeyd edək ki, mexanizm və elektrik aparatları, avadanlıqların ölkə üzrə ümumi idxalda payı 24,42%-dən 20,3%-ə kimi azalıb.