19 oktyabr 2022 10:41
336

Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edir

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,31% azalaraq, 1 650,6 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,05% azalaraq, 18,59 dollar təşkil edib.