Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi Taxtakörpü-Ceyranbatan kanalında sementləmə aparılması işlərinin satın alınması üzrə tenderə yekun vurub.
"İki sahil" bu barədə vahid dövlət elektron satınalmaları portalına istinadən xəbər verir. Məlumata görə, tenderin qalibi "RASSA" MMC seçilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC Samur-Abşeron Kanalının İstismarı İdarəsi qalib şirkətlə 1 milyon 594 min 352.26 AZN dəyərində müqavilə imzalayacaq. Müqaviləyə əsasən təmir-bərpa işləri bir il müddətinə yekunlaşdırılmalıdır.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO