2022-ci ilin yanvar-sentyabr aylarında Əlcəzairdən Türk limanlarına 5 milyon 138 min 925 ton yük daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Əlcəzairdən limanlara 251 min 70 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 3 milyon 489 min 408 ton yük çatdırıb.
Bu müddət ərzində Əlcəzair bayraqlı gəmilərlə Türkiyə limanlarına 1 milyon 398 min 447 ton yük çatdırılıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Əlcəzairdən 296 min 400 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 992 min 434 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 209 min 770 ton təşkil edib. Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 712 min 664 ton olub.
Bununla yanaşı, 2022-ci ilin sentyabr ayında Türkiyə limanlarından 6 milyon 635 min 624 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 269 milyon 575 min 687 ton yük qəbul edib. 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 336 min 880 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 275 milyon 238 min 807 ton təşkil edib.
Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 60 milyon 674 min 882 ton transit yük daşınıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO