Qarabağın bərpasında iştirak etmək üçün müraciətlərin sayı 1200-ə çatıb.
“İki sahil” xəbər verir ki, bunu çərşənbə günü 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” ə 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, bu müraciətlərin 400-ü xarici şirkətlərin payına düşür.
"Bu il sərgilərin iştirakçılarının sayı ötən illə müqayisədə 10 faiz artıb. Tədbirlərdə 17 ölkədən, o cümlədən Belarus, Macarıstan, Gürcüstan, Hindistan, İtaliya, Polşa, Qazaxıstan, Rusiya, Rumıniya, Özbəkistan, İsveç kimi ölkələrdən 300-dən çox şirkət iştirak edir", - S.Məmmədov bildirib.
Nazir müavini əlavə edib ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi daxili məhsulunda tikintinin payı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO