19 oktyabr 2022 13:52
438

Elxan Şiriyev: Daha yeddi biznes subyekti Ağdam sənaye parkının rezidenti statusunu alacaq

Daha yeddi biznes subyekti Ağdam sənaye parkının rezidenti statusunu alacaq.

 

“İki sahil” xəbər verir ki, bunu çərşənbə günü İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Elxan Şiriyev "Qarabağda biznes və investisiya imkanları" adlı panel sessiyasında deyib.

Onun sözlərinə bu sənaye parkı 2021-ci ildə yaradılıb.

"Ərazi mina və partlamamış sursatlardan tamamilə təmizlənib. Bu gün yeddi biznes subyekti Ağdam sənaye parkının rezidentidir və daha yeddisi bu statusu almağı planlaşdırır", - deyə o bildirib.

E.Şiriyev qeyd edib ki, "Araz vadisi iqtisadi zonası" sənaye parkı əsasən logistika mərkəzlərinin yaradılmasına yönəlib.

"Sənaye parkının bir rezidenti nəqliyyatın texniki xidmətinin təşkilini planlaşdırır, digər qeyri-rezident isə yanacaqdoldurma məntəqəsi yaratmaq niyyətindədir", - E.Şiriyev deyib.