19 oktyabr 2022 14:34
450

Türkiyə Avstriyaya dəri məhsulları ixracını ötən illə müqaisədə artırıb

Türkiyə 2022-ci ilin yanvar-sentyabr aylarında Avstriyaya dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 63,6 faiz artıraraq 8,2 milyon dollara çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Sentyabr ayında Türkiyə Avstriyaya dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 97,8 faiz artıraraq 700 min dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz artaraq 210,2 milyon dollara bərabər olub.

Bu ilin yanvar-sentyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-sentyabr ayları ilə müqyisədə 21,2 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2021-sentyabr 2022) Türkiyə 2 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.