19 oktyabr 2022 18:50
1019

12 SOCAR əməkdaşına beynəlxalq sertifikatlar təqdim edilib FOTO

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi SƏTƏM sahəsində çalışan əməkdaşların peşəkar inkişafı məqsədilə BöyükBritaniya|nın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutunun “Təhlükəsiz idarəetmə” təliminin tədrisinə start verib.

“İki sahil” xəbər verir ki, SOCAR bununla bağlı paylaşım edib.

Paylaşımda qeyd olunur ki, təlim kursunu müvəffəqiyyətlə başa vurmuş 12 SOCAR əməkdaşına beynəlxalq sertifikatlar təqdim edilib.