Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"İki sahil" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 53,2 mln. ABŞ dolları olub və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 oktyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 81,5% və ya 23,9 mln. ABŞ dolları artıb.
Qeyd edək ki, ötən hərracda bankların dollar tələbi 29,3 mln. ABŞ dolları təşkil etmişdi.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO