20 oktyabr 2022 13:10
196

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub FOTO

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər 

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.