Türkiyə 2022-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana polad ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 21,5 faiz artıraraq 137,5 milyon dollara çatdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Sentyabr ayında Türkiyə Gürcüstana polad ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 27 faiz azaldaraq 15 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 17,1 milyard dollara bərabər olub. Bu ilin sentyabr ayında Türkiyə 1,8 milyard dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 31,3 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2021- sentyabr 2022) Türkiyə 23,6 milyard dollar məbləğində polad ixrac edib.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO