İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda bu il ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə, təxminən, 61 % artaraq 88,8 min tona çatıb.
“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviterdə bildirib.
"Aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla - 55 min ton ərzaqlıq buğda istehsal olunub", - o deyib.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO