Təyyarə istehsalı üzrə Fransa-Almaniya birgə müəssisəsi "Airbus" şirkətinin törəməsi "Airbus Defence And Space SAS" şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90 A ünvanına bildirə bilərlər.
Xatırladaq ki, sözügedən filial 2016-cı ildən fəaliyyət göstərir.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO