21 oktyabr 2022 10:48
357

Avropada qazın qiyməti 1 300 dolları ötüb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 1 300 ABŞ dollarını ötüb.

“İki sahil” xəbər verir ki, 20 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 302,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 14% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.