Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji infrastrukturu üzrə aparılan bərpa-yenidənqurma, həmçinin enerji təchizatının “yaşıl enerji” hesabına təmini layihələrində Misir şirkətlərinin iştirakı imkanları nəzərdən keçirilib.
"İki sahil"in Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Misirin müvafiq sahədə fəaliyyət göstərən özəl sektor nümayəndələri Azərbaycana dəvət edilib.
Söhbət zamanı Azərbaycanla Misir arasında energetika sahəsində mövcud əlaqələr barəsində fikir mübadiləsi aparılıb. Müvafiq sahədə ölkəmizdə aparılan islahatlar, reallaşdırılan layihələr haqqında məlumat verilib, neft-kimya, mayeləşdirilmiş təbii qaz, bərpa olunan enerji kimi sahələrdə dövlət və özəl qurumlar arasında əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO