21 oktyabr 2022 11:37
370

Gömrük xətti ilə büdcə daxilolmaları 1 milyard manatdan çox artıb

2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4227,5 milyon manat vəsait daxil olub.

Bu barədə "İki sahil"ə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, bu da proqnoza nisbətən 650,3 milyon manat və ya 18,2 faiz çoxdur.

2021-ci ilin eyni dövrü ilə müqayisədə isə gömrük xətti ilə büdcə daxilolmaları 1034,3 milyon manat və ya 32,4 faiz artıb.