21 oktyabr 2022 12:44
435

Xaçmazdakı ixracatçıların problemləri dinlənilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə nar, xurma, fındıq və digər qeyri-neft məhsullarının ixracatçıları olan sahibkarlarla müvafiq strukturlarının rəhbərləri arasında görüş keçirilərək iş adamlarının problemləri dinlənilib.

“İki sahil” xəbər verir ki, görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Dövlət Gömrük Komitəsi Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi Mirqasım Vahabov, Xaçmaz rayonu prokuroru Rəşad Məmmədov və Xaçmaz rayonu İcra Hakimiyyətinin əməkdaşı Yaşar Əliheydərov istirak ediblər.

Müzakirələr əsasən ticarət qanunvericiliyi, ixracda konsiqnasiya üsulu, sahibkarların qarşılaşdığı problemlərin aradan qaldırılması yolları ətrafında aparılıb, daha sonra ixracatçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.