Azərbaycanın İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Türkiyənin İstanbul şəhərinin Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyasının rəhbəri Muammer Ömeroğlu ilə biznes əməkdaşlığını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu KOBİA-nın sədri Orxan Məmmədov tviterdə bildirib.
"İstanbulun iş adamlarını birləşdirən Federasiyanın üzvləri ilə bir araya geldik. Görüşümüzdə Azərbaycan və Türkiyə biznesləri arasında əməkdaşlıq imkanlarını, bu sahədə birgə dəstəyimizi müzakirə etdik", - o deyib.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO