2022-ci ilin sentyabr ayında Almaniya vətəndaşları Türkiyədə 225 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 73 obyekt azdır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən TurkicWorld xəbər yayıb.
Məlumata görə,2022-ci ilin yanvar-sentyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 2058 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 774 obyekt çoxdur.
2022-ci ilin sentyabr ayında Türkiyədə 113 min 402 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22,9 faiz azdır. Sentyabr ayında Türkiyədə əcnəbilərə 5 min 104 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azdır.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO