21 oktyabr 2022 16:00
811

Türkiyə Keyfiyyət Dərnəyindən “Petkim”ə "İlin Uğurlu Komandası" mükafatı

Türkiyə Keyfiyyət Dərnəyinin (“Türkiye Kalite Derneği” - KalDer) hər il təşkil etdiyi və bir çox qurum və təşkilatın qatıldığı “İlin Müvəffəqiyyətli Komandası Mükafatları”nda “Petkim”in “Məhsulların Qablaşdırma və Saxlama Sahələrində 5S Tətbiqi ilə Tutum Artırma və Karbon İzi Azaltma Layihəsi” gümüş mükafata layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin paylaşımında qeyd olunur.

“SOCAR Türkiyə” Türkiyədə ilk dəfə olaraq 5S metodologiyasının davamlılıq səylərinə geniş şəkildə inteqrasiya olunduğu layihədə əməyi olan bütün həmkarlarını təbrik edir.