22 oktyabr 2022 11:24
440

Təhsil İnstitutu: Konfransın “Qarabağa böyük qayıdış” bölməsinə tezislərin qəbulu yenidən açılıb

Təhsil İnstitutu noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV respublika elmi konfransını keçirir. Konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

İnstitutdan "İki sahil"ə verilən məlumata görə, respublika elmi konfransı üçün "Qarabağa böyük qayıdış" bölməsinə tezislərin qəbulu yenidən açılıb. Tezislər oktyabrın 30-dək qəbul olunacaq. Qeydiyyat forması institutun saytında verilib.

Qeyd edək ki, konfransda Azərbaycanın və xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlardan əlavə olaraq doktorantura təhsilini bitirib müdafiəyə hazırlaşanlar və elmi tədqiqatla məşğul olan 35 yaşınadək gənc alimlərin də iştirakına şərait yaradılacaq.

Konfransda yalnız məruzə edən şəxslərin tezisləri çap olunacaq və həmin şəxslər sertifikatla təltif ediləcəklər.