22 oktyabr 2022 13:51
475

YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş minifutbol turniri davam edir

Oktyabrın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş minifutbol turnirinin “play-off” mərhələsinin ilk gününün oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, qalib gələn Sabunçu, Abşeron, Zaqatala, Tovuz, Salyan və Bərdə komandaları “play-off” mərhələsinin ikinci oyunlarına vəsiqə qazanıblar.