Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 4 milyon 578 min 100 manat təşkil edib.
"İki sahil" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 21,3% azdır. Belə ki, 2021-ci ilin doqquz ayında muxtar respublikada sığorta yığımları 5 milyon 820 min 200 manat olmuşdu.
Bu dövrdə könüllü sığorta növləri üzrə yığımlar 7,4% azalaraq 1 milyon 14 min 100 manata, icbari sığorta növləri üzrə yığımlar isə 24,6% azalaraq 3 milyon 564 min manata enib.
Ötən ilin doqquz ayında bu rəqəm müvafiq olaraq 1 milyon 95 min manat və 4 milyon 725 min 200 manat olub.
Qeyd edək ki, muxtar respublika Dövlət Statistika Komitəsi sığorta haqqları ilə bağlı göstəriciləri açıqlasa da, sığorta ödənişləri ilə bağlı hər hansı bir məlumat verməyib.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO