SOCAR 1992-2022-ci illərdə (1992 - 01.10.2022 tarixlərində) şirkətin istismar etdiyi yataqlarda 266 336,6 min ton neft hasil edib.
"İki sahil”in SOCAR-ın göstəriciləri əsasında aparılan hesablamalara əsasən, hesabat dövründə şirkət 190 834 mln. kubmetrə yaxın neft hasil edib.
Məlumata görə, SOCAR 1992-2022-ci illərdə 141 350 min tondan çox neft emal edib.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Macarıstanlı tələbələr və çinli professor və doktorantlar SOCAR-ı ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib