24 oktyabr 2022 21:10
585

Ronaldo üzr istəməlidir, əks halda... FOTO

İngiltərə "Mançester Yunayted"inin baş məşqçisi Erik Ten Haq portuqliyalı futbolçu Kriştianu Ronaldonu əsas komanda ilə məşqlərə qaytarmaq üçün şərtlərini açıqlayıb.

“İki sahil”  "The Athletic"ə istinadla xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunu yalnız ehtiyat oyunçular skamyasında oturmağa etiraz etməyəcəyi halda bağışlayacağını bildirib. Təcrübəli forvard həmçinin etdiyi hərəkətə görə üzr istəməlidir.

Ulduz futbolçu bu şərtləri qəbul etməsə, onun özünə yeni komanda axtarmasına icazə veriləcək.

Qeyd edək ki, Kriştianu Ronaldo İngiltərə Premyer Liqasının XII turunda "Tottenhem"lə ev oyunu başa çatmamış "Old Trafford" stadionunu tərk etdiyi üçün cəzalanıb.