25 oktyabr 2022 11:17
438

Büdcədən Naxçıvana 481 881 min manata dotasiya ayrılacaq

Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın miqdarı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, dövlət büdcəsindən 480 881 000 manat vəsaitin Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya üçün ayrılacağı proqnozlaşdırılır.