Avropada təbii qazın qiyməti iyunun əvvəlindən etibarən ilk dəfə min kubmetr üçün 950 dollar həddindən aşağı düşüb.
“İki sahil” xəbər verir ki, Niderlandın TTF habında təbii qazın noyabr fyuçersləri bu gün 942 dollaradək ucuzlaşıb. Gün ərzində ucuzlaşma 6 faizdən çox təşkil edib.
Qeyd olunur ki, təbii qazın ucuzlaşması Avropada yeraltı qaz anbarlarının 93 faizdən çox dolması, eləcə də elektrik enerjisi istehsalında külək enerjisinin payının artması ilə əlaqələndirilir.
Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetri 2 900 dollara yaxınlaşmışdı.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO