Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü ilə xoşməramlı aksiyaya start verilib.
“İki sahil” xəbər verir ki, təmsil etdiyi seçicilərinin sosial qayğıları ilə daim yaxından maraqlanan millət vəkilinin bilavasitə təşəbbüsü ilə Ucar rayonunun müxtəlif kəndlərində və rayon mərkəzində yaşayan bir qrup məktəbliyə mövsümə uyğun olaraq isti məktəbli forması və məktəb ləvazimatı hədiyyə edilib. Bundan əlavə, aksiya çərçivəsində xeyli sayda Ucar sakininə ərzaq bağlamaları təqdim edilib, həmçinin sakinlərin problemləri və onları narahat edən məsələlər öyrənilib.
Qeyd edək ki, layihə müxtəlif formalarda noyabr ayının ortalarına qədər davam edəcəkdir.
Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq