Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisarçıların fəaliyyətinin antiinhisar qanunvericiliyinin tələblərinə əsasən araşdırılması üzrə 1 təsərrüfat subyekti barədə 11 min manat maliyyə sanksiyası tətbiq edib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hesabat dövründə 2 bazar subyekti barəsində 2 iş qaldırılıb, 4 işə baxılması (ötən ildən baxılması davam edən 2 iş) başa çatdırılıb.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO