26 oktyabr 2022 11:03
447

Goranboyda şəhidin anım günündə xatirəsi anılıb - FOTO

Goranboy rayonunda Vətən müharibəsi şəhidi Laçın Alıyevin anım günü qeyd olunub.

“İki sahil” xəbər verir ki, anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.

Əvvəlcə şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, məzarı önünə əklil və gül dəstələri qoyulub. Daha sonra şəhid ailəsinin qayğıları dinlənilib.

Şəhidin ailəsi və yaxınları şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildiriblər.

Onu da qeyd edək ki, Laçın Alıyev Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.