Azərbaycan cari ilin yanvar-sentyabr ayları ərzində Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkələr siyahısında ilk üçlükdədir.
"İki sahil” xarici mediaya istinadən xəbər verir ki, qonşu ölkənin bu ilin 3 rübü ərzində Azərbaycana ixrac etdiyi məhsulun həcmi 488 mln. dollardır.
Gürcüstan Azərbaycandan sonra 473 mln. dollarlıq ixracatı Rusiyaya həyata keçirib.
Cari ilin 9 ayı ərzində Gürcüstanın ən böyük ixracatı isə Çinə olub. Belə ki, bu ölkəyə Gürcüstandan 574,8 mln. dollarlıq məhsul ixrac edilib.
Monakoda beynəlxalq toplantıda Azərbaycanın şərabçılıq, üzümçülük ənənələri barədə məlumat verilib
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - FOTO