Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Qori şəhərində "NATO prioritetləri və Cənubi Qafqaz - status-kvo və dəyişikliklər" mövzusunda keçirilən elmi-praktik konfransda iştirak edib.
MN-dən “İki sahil”ə verilən məlumata görə, Gürcüstanın David Ağmaşenebeli Milli Müdafiə Akademiyasında təşkil olunan konfransda general-leytenant H.Piriyevin “İkinci Qarabağ Müharibəsinin hərbi aspektləri” mövzusunda çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Konfrans zamanı Azərbaycan Ordusunun digər nümayəndələrinin də müxtəlif mövzularda əyani və virtual çıxışları dinlənilib.
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava qüvvələrinin komandanları görüşüblər
“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar