27 oktyabr 2022 03:18
575

Təbii qazın qiymətində şok artım olacaq

Dünya Bankı 2024-cü ilədək Avropada təbii qazın qiymətinin əvvəlki beş ilin orta göstəricisi ilə müqayisədə dörd dəfə artacağını proqnozlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə DB-nin bəyanatında bildirilib. Bəyanatda ABŞ-da təbii qazın qiymətinin son beş ilin orta göstəricisi ilə müqayisədə iki dəfə artacağının proqnozlaşdırıldığı qeyd olunub.