27 oktyabr 2022 11:15
657

Sədr müavini: Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq

Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq.

“İki sahil” xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

"Metropoliten tərəfindən bununla bağlı Tarif Şurasına heç bir müraciət olunmayıb və müraciət olunması gözlənilmir", - deyə H. Məmmədov bildirib.